“Xankəndidəki erməni icması Azərbaycan qazından asılı olacaq”


"Xankəndinə çəkiləcək qaz kəməri daha çox siyasi əhəmiyyət daşıyır".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turab Rzayev deyib.
Analitik bildirib ki, bu kəmər iqtisadi baxımdan həm Xankəndinin infrastrukturunun inkişafına şərait yaradacaq, həm də həmin istiqamətdə Azərbaycan kəndləri, təsərrüfat sahələri qazla təmin olunacaq:

"Azərbaycanın öz  infrastrukturu həmin əraziyə qaz paylayacaq. 
Xankəndidə yaşayan yerli əhali, xüsusilə, erməni icması birbaşa Azərbaycandan asılı olacaq. İndiyədək Ermənistan, İran yaxud Rusiyadan aslı idi. Lazım gələndə Azərbaycanın infrastruktur resurslarını alət kimi istifadə etməsinə imkan verəcək. Erməni əhalisi Azərbaycanın yaratdığı şəraiti, infrastrukturu, qaz, yol, elektrik xətləri ilə bağlı dəyişiklikləri görəndə bizim tərkibimizdə yaşamağı seçəcəklər".
Qeyd edək ki, Azərbaycan Ağdam ‒ Xankəndi qaz kəmərini çəkəcək.
Bu,  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam ‒ Xankəndi qaz kəmərinin və üzərində QTM-lər quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir.