Azərbaycanda ünvanlı sosial yardım artacaq.
Trend-in məlumatına görə, gələn il Azərbaycanda minimumu və ehtiyac meyarının həddi 270 manat olacağı nəzərdə tutulur.
Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata qədər artırılır.
Ehtiyac meyarı artdığından ünvanlı sosial yardımlarından artırılması nəzərdə tutulur.
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, ölkəmizdə 75 minə yaxın ailəyə sosial yardım təyin edilmişdir:
“Bu da öz növbəsində təxminən 350 min insanı əhatə edir. Sosial yardımın məbləğinin artırılması həmin kateqoriyada olan şəxslərin həyat rifahına müsbət təsir göstərə bilər. Növbəti ilin büdcəsi üçün sosial xassələrdə 10 faizə yaxın artım nəzərdə tutulub. Bu da dövlətin sosial yardım alan ailələrə birbaşa dəstəyidir. Bu artım hazırda ölkədə inflyasiyanın davam etməsi və onun təsirinin minimumlaşdırılması və azaldılmasına da töhfə verə bilər. Belə ki, müəyyən ərzaq məhsullarının bahalaşmasını müşahidə edirik. Bu baxımdan sosial yardım ailələrə inflyasiyanın təsirində müsbət kömək göstərəcək".