Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısı genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, nikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişdirilməsi, kiçik sahibkarlığa keçid stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması, tibb müəssisələri, özəl tibbi praktika ilə məşğul olan şəxslər, tədris bazası kimi fəaliyyət göstərən xəstəxanalar və film istehsalı ilə bağlı vergi güzəştinin müəyyənləşdirilməsi və s. təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.