Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Yol Xəritəsinə Zəngəzur dəhlizinin əlavə edilməsi Orta Dəhlizin inkişafına təkan ola bilər.
“APA-Economics” xəbər verir ki, bunu bu gün “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, şərqlə qərb arasında daşımalarda Orta Dəhlizin bir hissəsi olaraq Zəngəzur dəhlizi böyük potensialı var: “Sovet İttifaqı dövründə Zəngəzur dəhlizi ilə 7-12 milyon ton həcmində yüklər daşınıb. Amma təəssüf ki, Ermənistan üçtərəfli bəyanata zidd olaraq dəhlizin açılmasına son üç ildə imkan verməyib. Amma alternativlər, digər seçimlər həmişə var”.