Avropa İttifaqı Azərbaycan hökuməti ilə nəqliyyat infrastrukturu istiqamətində müzakirələrə başlayıb.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Quenassia jurnalistlərə açıqlamasında bildirib.
"Artıq dəmir yolları ilə bağlı müzakirələrimiz başlayıb. Kifayət qədər çox işin görülməsi nəzərdə tutulub. Metro və digər ictimai nəqliyyatla bağlı da müzakirələrimiz başlayıb. Dəmir yollarının kəsişən xətləri ilə bağlı artıq konkret layihələr var. Azərbaycan hökuməti ilə ciddi danışıqlarımız hələ də davam edir. Artıq bir sıra Avropa ölkələrinin nəqliyyatla bağlı təcrübələri öyrənilir", - deyə o qeyd edib.