Dünən 35 min dollara düşən bitcoin axşam saatlarında sürətlə yüksələrək 38 min dollar limitinə çatıb.
"Sherg.az" xəbər verir ki, aparıcı kriptovalyuta Bitcoin, birjada satılan fondlardan yeni tələb gözləntiləri fonunda 38.000 dollar səviyyəsinə yüksəlib
Qeyd edək ki, Bitcoin hazırda 37 300 dollara satılır.
Xatırladaq ki, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət məlumatlarla müşayiət olunan kriptovalyutalara maraq artır.
Həmçinin ABŞ-ın faiz artımlarına son qoyacağı ilə bağlı proqnozların çoxaldığı bir zamanda kriptovalyutalar bu proqnozları dəyərləndirməyə başlayıb.
Mütəxəssislər bildirirlər ki, ABŞ bazarında spot ETF təsdiqləri istiqamətində irəliləyiş olarsa, kriptovalyutaların dəyərindəki artım davam edə bilər.
Mənbə: Hürriyət qəzeti