Türkiyədə əcnəbilərə mənzil satışı ötən ilin dövrü ilə müqayisədə xeyli azalıb.
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 34 faiz azaldıb.
Qeyd edək ki, 2023-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 336 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43 obyekt azdır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 336 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 181 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyevin "Sherg.az"a verdiyi açıqlamasına görə, 2022-ci ilin sonuna qədər Türkiyənin daşınmaz əmlak bazarından hər ay ortalama 100 əmlak Azərbaycan vətəndaşları tərəfindən satın alınırdı:
“ Bu say il ərzində 1000-1400 arası dəyişirdi. İlin əvvəli Türkiyədə baş verən zəlzələ səbəbindən Türkiyənin daşınmaz əmlak bazarına yatırım edən azərbaycanlıların sayı azaldı. Əslində tək Azərbaycan vətəndaşları yox, dünyanın müxtəlif ölkələrində yaşayan xalqların nümayəndələri də Türkiyənin daşınmaz əmlak bazarına yatırım edirdilər. Hətta 2022-ci ildə Türkiyə əcnəbi vətəndaşlara əmlak satan ölkə olaraq rekord vurmuşdu. Türkiyənin müxtəlif ərazilərində yerləşən on minlərlə əmlak xarici ölkə vətəndaşları tərəfindən satın alınmışdı. Zəlzələdən sonra isə dağıntıların sayının çox olması binaların keyfiyyətinin aşağı olması ilə əlaqələndirildiyi üçünTürkiyənin əmlak bazarı iflasa uğradı”.
Ekspertin sözlərinə görə, Türkiyədə tikinti qiymətlərinin bahalaşması daşınmaz əmlakın qiymətinə də təsirsiz ötüşməyib:
Turistik və iqtisadi zonalarda yerləşən əmlakların qiyməti 35-40 min manatdan bir neçə yüz min manata qədər dəyişə bilir. Türkiyə lirəsinin kəskin ucuzlaşması əmlak qiymətlərinə də təsir edib. Ona görə də türkiyə vətəndaşları tikdikləri binaları xarici vətəndaşlara türk lirəsi ilə yox, dollar ilə satmağa üstünlük verirlər. Onu da deyim ki Azərbaycan vətəndaşları Türkiyədə daha çox yay- yaz aylarında əmlak almağa üstünlük verir. Turistik zonalarda aldığı əmlakları baha qiymətə kirayə verirlər”.