Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni sədr təyin edilib.
Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Qeyd edilib ki, dövri yerdəyişmə planına uyğun olaraq “Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasının sədri Dr. İlker Met öz vəzifəsini Himmet Aksoy cənablarına təhvil verib.
Himmet Aksoy peşəkar karyerasına 1999-cu ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankın müxtəlif departamentlərinə rəhbərlik etmiş cənab Aksoy, hazırda T.C. Ziraat Bankası A.Ş-in Daxili Əməliyyatlar blokuna rəhbərlik edir və bank sahəsində zəngin təcrübəyə malikdir.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.