İqtisadi tərəqqi özəl sektorun inkişafı ilə əlaqəlidir-EKSPERT

Ölkədə çalışanların 76 faizi özəl sektordadır.
Bunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili bildirib.
O əlavə edib ki, bu gün dünyada inflyasiya davam edir:
“Bu da ölkəmizə, xüsusən də özəl sektora təsir edir. Özəl sektorun inkişiafı üçün qohum-qardaşlıqdan uzaq olmalıyıq. Özəl sektor ən azı 5-7 ili planlamalıdır. Qarşımızda olan ən böyük hədəf iqtisadiyyatımızı inkişaf etdirməkdir. Burada da özəl sektor xüsusi yer tutur”.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, iqtisadiyyatın inkişafı neft sektorundan asılıdır:                                                                                                          
"Digər tərəfdən qeyri-neft sektoru da bu istiqamətdə müəyyən qədər rol oynayır. Qeyri-neft sektoru  öz növbəsində həm özəl, həm də kənd təsərrüfatının inkişafı mühüm amillərdən biridir. Bu baxımdan ölkəmizdə özəl sektoru inkişafı etdirdikcə, istehsalın ixrac potensialı gücləndikcə, yerli istehsal məhsul çeşidlərini gücləndirdikcə iqtisadiyyatımız inkişaf edəcək.Özəl sektorlarda tək problem maliyyə deyil, struktur və idarəetmə problemidir ki, buna görə  sahibkarlara böyük dəstək göstərilməsinə ehtiyyac var. Azərbaycanda sahibkarlıq ənənəsi uzunmüddətli deyil. Əsasən müstəqillik dövründən sonra formalaşıb. Bu baxımdan şüphəsiz,ölkədə uğurlu inkişaf edən sahibkarlar var. Amma digər tərəfdən bu genişlənmiş, böyük subyektlərin sayı çox azdır. Düşünürəm ki, özəl sektorun struktlaşmasına,maarifləndirilməsinə, yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün  inkişafını geniş şərait yaratmalıyıq. Bu baxımdan gələcək iqtisadi inkişaf özəl sektorun inkişafından bilavəsitə əlaqəlidir".