2023-cü il ərzində qeyri neft-qaz sektorundan vergidaxilolmaları əvvəlki illə müqayisədə 19,3% artaraq 9 mlrd. 707,8 milyon manat təşkil edib.
Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır. 2023-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci illə müqayisədə 3,8% artaraq 16 mlrd. 126,7 milyon manata çatıb”, - deyə nazir paylaşımda bildirib.