Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2023-cü il tarixinə investisiya portfelinin 67,5%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2022-ci il tarixinə bu göstərici 68,6% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 1,1 faiz bəndi azdır.
"APA-Economics"in Neft Fondunun 2023-cü ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 21,2%-ni, funt sterlinq 5,3%-ni, Avstraliya dolları – 0,7%-ni, Türkiyə lirəsi – 0,2%-ni, Rusiya rublu – 0,2%-ni, Çin yuanı – 1%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2,5%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 6 752,1 mln. dollarlıq hissəsini (12%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb.