Neft Fondunun investisiya gəlirliliyi tarixi maksimumu yeniləyib

2023-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 7,1% təşkil edib ki, bu da Fondun yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisidir.
Bu barədə “Sherg.az” ARDNF 2023-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bu dövrdə istiqraz və pul bazarı alətləri üzrə 3.1%, səhmlər üzrə 4.3% gəlirlilik, daşınmaz əmlak üzrə isə 0.3% zərər qeydə alınıb. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb
Qeyd edək ki, ARDNF-nun investisiya gəlirliliyinin ən yüksək göstəricisi 2019-cu ildə 5.3% təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə investisiya portfeli 49 034 milyon dollar investisiya gəlirliliyi isə -5.2% olub.