Neft Fondunun investisiya gəlirliliyi tarixi maksimumu yeniləyib.
2023-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 7,1% təşkil edib ki, bu da Fondun yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisidir.
Bu barədə ARDNF 2023-cü ilin yekunlarına dair hesabatında qeyd olunub.
Bu dövrdə istiqraz və pul bazarı alətləri üzrə 3.1%, səhmlər üzrə 4.3% gəlirlilik, daşınmaz əmlak üzrə isə 0.3% zərər qeydə alınıb. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb
Qeyd edək ki, ARDNF-nun investisiya gəlirliliyinin ən yüksək göstəricisi 2019-cu ildə 5.3% təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə investisiya portfeli 49 034 milyon dollar investisiya gəlirliliyi isə -5.2% olub
Məsələ ilə bağlı "Sherg.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, məsələyə 2 ilin cəmi kimi baxmaq lazımdır:
"2022- ci ildə infiliyasiyanın səviyyəsi yüksəkdiyi üçün ABŞ və Avropa Mərkəzi Bankları faiz dərəcələrini artırdı. Faiz dərəclərinin artması ilə istiqrazlar dəyər itirdi. Neft fondunda əsas investisiyaların 66-67% i istiqrazlarda 25%-ə qədəri səhmlərdədir. Nəticədə Neft fondunun 2022-ci il üçün gəlirləri aşağı düşdü. Lakin ADNF istiqraz və səhmləri əlində saxladı. 2023- cü ilində isə sözügdən sahədə yüksəliş baş verdi və gəlirlər artdı".
İqtisadçı 2024- cü il üçün sözügdən sahədə müxtəlif proqnozların olduğunu söyləyib:
"Bu aslı olacaq brijalardakı vəziyyətdən. Neft fondunun əsas investisiyaları istiqrazlar və səhmlərdir. Gözlənti ümumi olaraq infiliyasiyanın aşağı düşəcəyi və istiqrazların dəyəri artacaq. ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır".