Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda gələn 2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə Sherg.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,21 mln. barel olacağı proqnozaşdırılır, bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 mln. barel çoxdur.
OPEC bu il üçün qlobal neft tələbatının 104,36 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib).
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,11 mln. barel səviyyəsində olub (proqnoz dəyişməyib), bu da öncəki proqnoz göstəricisinə bərabərdir. 2023-cü ildə neft tələbatının artım tempi 2,46 mln. barel təşkil edib.
Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.