Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 152,2 mln. manat proqnoza qarşı icra 185,7 mln. manat və ya 33,5 mln. manat və ya 22% çox olmuş, xərcləri 504,3 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 103,3 mln. manat və ya 17% azdır.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2023-cü il dövlət büdcəsindən 315 mln. manat dotasiya ayrılıb.
2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 mln. manat proqnoza qarşı 831,1 mln. manat məbləğində və ya 8,7% çox, yerli xərcləri isə 777 mln. manat proqnoza qarşı 738,6 mln. manat və ya 95,1% icra olunub.