Azərbaycanda bank kartlarının sayı 17 milyona çatıb

Banklar və “Azərpoçt” üzrə ötən il dövriyyədə olan ödəniş kartlarının sayı 16 milyon 925 min ədəd təşkil edib.
Sherg.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 360 min ədəd çoxdur.

Ödəniş kartlarının sayı 2022-ci illə müqayisədə isə 24.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artıb.