2024-cü il yanvar ayının 1-nə Azərbaycanda biznes kredit portfelinin həcmi 12 milyard 616.8 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2% və ya 1 milyard 761.7 milyon manat artıb.
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-i ilə müqayisədə iri və mikro sahibkarların kredit portfeli artıb, orta və kiçik sahibkarların kredit portfeli isə azalıb. Belə ki, son bir ayda iri sahibkarların kredit portfeli 360.8 milyon manat artaraq 6 milyard 251.7 milyon manat, mikro sahibkarların kredit portfeli isə 7 milyon manat artaraq 2 milyard 629.9 milyon manat təşkil edib. Bu dövrdə orta sahibkarların kredit portfeli 139.1 milyon manat azalaraq 2 milyard 149.7 min manat, kiçik sahibkarların kredit portfeli isə 33.2 milyon manat azalaraq 1 milyard 585.5 min manat olub.