Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib.
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 13279-1:2023 “Gips yapışdırıcıları və gips suvaqları- Hissə 1: Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.
Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsasında hazırlanan yeni dövlət standartları ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, standart layihələrinə tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib.