"Dolların qəbulu ilə bağlı problemlər yaşanır" — MÜHÜM AÇIQLAMA


“Azərbaycan banklarında, valyuta dəyişmə məntəqələrində emisiya ili olan dollar əskinaslarının qəbulu ilə bağlı problemlərin yaşanmasını müşahidə edirik”. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, bir çox hallarda həmin dollarla çox aşağı qiymətə alınır:

“Bizə olan müraciətlər də onu göstərir ki, hətta həmin əskinaslar banklar tərəfindən daha aşağı faizlə alınır. Həmin əskinas sahibi də öz dollarını dəyişmək istəyən zaman daha aşağı məzənnə ilə dəyişmək məcburiyyətində qalır. Ona görə də, birmənalı şəkildə Mərkəzi Bank tərəfindən bu prosesə müdaxilə edilməsi daha məqsədəuyğundur. Nəzərə alaq ki, FED həmin əskinasların dövriyyədən çıxarılması ilə bağlı açıqlama verməyib”.