TAP-ın icraçı direktoru Luka Skyepatti ilə energetika naziri Pərviz Şahbazov görüşüb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
“TAP-ın icraçı direktoru Luka Skyepatti ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik. TAP-la indiyə qədər Avropaya 33 mlrd.m3-dən çox qaz nəql olunub” - deyə Pərviz Şahbazov bildirib.