Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi.
"Sherg.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O bildirib ki, tədbirə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, bir sıra beynəlxalq təşkilatlar və maliyyə institutları da qatılıb ki, bu da böyük bir göstəricidir.
Nazir qeyd edib ki, bu gün keçirilən iclaslar çərçivəsində mühüm qərarlar verilib, müvafiq sənədlər imzalanıb.