Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun VII (GECF) Zirvə Toplantısı çərçivəsində Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildiriblər ki, görüşdə GECF, “OPEC+” çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığın konstruktiv məcrada inkişafından məmnunluq ifadə edilib.
Neft-qaz ölkələri olan Azərbaycanla Əlcəzairin enerji sahəsində əməkdaşlığının cari vəziyyəti nəzərdən keçirilib.
2022-ci ildə Azərbaycan ilə Əlcəzair arasında imzalanmış neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq Birgə İşçi Qrupunun yaradılması prosesinin sürətləndirilməsi razılaşdırılıb. Həmçinin SOCAR və “Sonatrach” şirkətlərinin əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.
Energetika naziri əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib.