Bazar günü İsveçrədə keçirilən referendum zamanı seçicilər təqaüd yaşının artırılmasının əleyhinə, pensiya ödənişlərinin artırılmasının isə lehinə səs veriblər.
"Azərtac" Euronews telekanalına istinadla xəbər verir ki, səsvermədə iştirak edən isveçrəlilər həmkarlar ittifaqlarının 12 aylıq pensiyadan əlavə hər il 13-cü pensiyanın verilməsi təşəbbüsünü dəstəkləyiblər. Referendumun nəticələri pensiyaçıların tarixi qələbəsi adlandırılıb.
Alp ölkəsində pensiyaçılara hazırda dövlətdən 2 min 550 avro verilir. Lakin isveçrəlilərin fikrincə, bu, əsasən böyük şəhərlərdə normal yaşamaq üçün kifayət etmir. Hakimiyyət isə pensiya ödənişlərinin artırılmasının büdcəyə baha başa gələcəyi barədə xəbərdarlıq edib.
Referendum zamanı seçicilər, həmçinin pensiya yaşının 66-ya qaldırılması təşəbbüsünün əleyhinə çıxıblar.