5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
“APA-Economics” AMB- yə istinadən xəbər verir ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.