Türkiyədə lirə aprelin sonuncu günü bir qədər də möhkəmlənib.
Yenicag.az xəbər verir ki, dollar nisbətən ucuzlaşaraq, 32,36 lirəyə düşüb. Avro isə 34,63 lirədir.
Qeyd edək ki, 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkisindən dərhal sonra dollar 32 lirəyə qədər geriləmişdi. 7 apreldən isə bahalaşmağa başlamışdı və 32,5 lirəni keçmişdi.
İqtisadçı-ekspert Eldəniz Əmirov “Sherg.az"a bildirib ki, Türkiyədə lirə nisbətən möhkəmlənib:
“Qardaş ölkədə dolların ucuzlaşması Azərbaycanda qiymətlərə təsir göstərməyəcək. Türkiyədəki infliyasiyanın Azərbaycana mənfi və müsbət təsiri yoxdur. Lirənin dəyərdən düşməsinin Türkiyəndə müəyyən istiqamətlərdə zərərləri və müəyyən istiqamətlərdə müsbət tərəfləri var. Ümumiyyətlə ixrac stimullaşdırılsa da, infliyasiya əhalinin alıcılıq qabiliyyətini sıradan çıxarır. 2024 -cü ildə Azərbaycanda dolların ucuzlaşması hadisəsinin baş vermə ehtimalını çox aşağı qiymətləndirirəm. Hökumət makroiqtisadi tarazlığı qorumaq üçün məzənnə stabilliyinə birmənalı şəkildə üstünlük verməyi planlayır. Qarşıdakı illərdə isə bunu zaman göstərəcək.
Qızılın qiymətində olan artımlar da müvəqqətidir. Səbəb isə ondan ibarətdir ki, iqtisadi təlatümlər dövründə investrlər daha çox etibarlı investisiya olaraq qızıla üz tuturlar. Bu isə qızıla təklifi artırır. Qızıla olan təklifin artması isə qızılın qiymətini artırır. Hazırkı dönəmdə proses səngiməkdədir. Düşünürəm ki, bu enişin özüdə uzunmüddətli deyil. Bu dalğalanma şəklində davam edəcək”.