“Aİ-92” və dizel bahalaşacaq?


Yaxın vaxtlarda Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşacaq.

Axar.az xəbər verir ki, bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, Aİ-92 markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

Qeyd edək ki, Aİ-92 və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Bu qərar elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.