ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0.06% azalaraq 1 barelə görə 79.50 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.07% azalaraq 1 barelə görə 75.48 ABŞ dollarına enib.