Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq akkreditasiya tələblərinə cavab verən "Halal" sertifikatını təqdim etmək hüququnu əldə edib.
Oxu.Az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, institutun sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) akkreditasiya edib.