Güzəşt müddəti uzadılıb
Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı daha 2 il müddətində ƏDV-dən azad olunub. Müvafiq dəyişikliyi özündə əks etdirən qanun layihəsi Milli Məclisin birinci oxunuşunda qəbul olunub. Qeyd edək ki, bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatacaq. Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azad olması nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov “Sherg.az"a deyib ki, yeni dəyişiklik elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacaq:
“Hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq, elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmentində canlanmaya səbəb ola bilər”.