Ötən il Azərbaycanda pul bazası artıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 916,5 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 1,65% və ya 339.7 milyon manat çoxdur.

Qeyd edək ki, Azərbaycanda pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.3 milyon manat artıb.