Davos İqtisadi Forumunda iştirakımız iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır - ŞƏRH

Bu gün Davos İqtisadi Forumu başlayır. Yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində Dünya İqtisadi Forumu (WEF - World Economic Forum və ya Davos İqtisadi Forumu) “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda 2025-ci il üçün İllik Toplantı keçirəcək. 

Builki Forumun 2025-ci il illik toplantısı "Ağıllı Əsr üçün Əməkdaşlıq" mövzusu altında qlobal çağırışlara toxunacaq. Davos İqtisadi Forumu, qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri bir yerə toplayacaq. Müxtəlif mövqelərə və böyük qeyri-müəyyənliklərə baxmayaraq, 2025-ci il İllik Toplantı gələcək Ağıllı Çağı daha davamlı və əhatəli şəkildə formalaşdırmaq məqsədi ilə əməkdaşlıq ruhunu və konstruktiv nikbinliyi gücləndirəcək. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. 220-dən çox sessiya canlı yayımlanacaq və ictimaiyyətə müzakirələrə giriş imkanı verəcək. Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı işgtirak edəcək. ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola, İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif, Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin tədbirə qatılacağı qeyd edilir. Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək. Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək. Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq. Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.

Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi baxımından çox əhəmiyyətli platformadır. Deputatın sözlərinə görə,  bu platformada iştirakımız iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır: 

"Davos İqtisadi Forumu çərçivəsində dövlət başçımızın digər ölkələrin rəhbərləri, qlobal şirkətlıərin  rəhbərləri ilə görüşməsi ənənəvi xarakter alıb. Bu tədbirdə də dövlət başçının bir çox görüşlər keçirəcəyini, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağını hesab edirəm. Davos İqtisadi Forumunun hesabatları  Azərbaycanın iqtisadi mövqelərini müsbət dəyələndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad biznes mühiti ilə bağlıdır. Bu baxımından Forumda iştirakımızın ölkmizə investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də Forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli siyasi məsələlərin həll olunmasına və sözümüzün, mövqeyimizin, gücümüzün artmasına töhfə verir".