Ötən il Azərbaycan 3,4 milyard ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də bijuteriya və sikkələr idxal edib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 60 dəfə çoxdur.
Belə ki, 2023-cü ildə Azərbaycana 56 milyon ABŞ dolları dəyərində sözügedən məmulatlar idxal edilmişdi.
Ötən il gətirilən təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də bijuteriya və sikkələrin ölkənin ümumi idxalındakı payı 15,98%-ə bərabər olub.
Eyni zamanda ötən il Azərbaycandan 215,3 milyon ABŞ dolları dəyərində qeyd olunan məmulatlar ixrac edilib ki, bu da 2023-cü ildəki göstəricilərə nisbətən 48,4 milyon ABŞ dolları və ya 29% çoxdur.
Ötən il ixrac edilən təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də bijuteriya və sikkələrin ölkənin ümumi ixracındakı payı 0,81%-ə bərabər olub.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.