ABŞ generalının Kalininqradla bağlı bəyanatı müharibə qorxusu yaratdı
14:07 17.07.2025
Dünya
282
ABŞ generalı Kristofer Donahuenin Kalininqrad bölgəsinə mümkün zərbə ilə bağlı bəyanatı ciddi narahatlıq doğurub.
Teleqraf xəbər verir ki, Rusiyanın tanınmış hərbi müxbiri Aleksandr Kots bu fikirlərin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini bildirib.
Kots teleqram kanalında yazıb ki, Donahuenin bu təşəbbüsü reallaşarsa, nəticələrini proqnozlaşdırmaq mümkün olmayacaq: “Kalininqrad vilayətinə zərbə III Dünya müharibəsinin başlanması demək olacaq ki, bu da qaçılmaz nüvə zərbələri mübadiləsinə gətirib çıxaracaq. Bu avantüranın nəticəsini heç bir təlimlə öncədən qiymətləndirmək mümkün deyil".
General Donahue daha əvvəl bəyan etmişdi ki, Kalininqrad bölgəsi hər tərəfdən NATO ölkələri ilə əhatə olunub və ABŞ hərbçiləri bu regionu eşidilməmiş sürətlə məhv etmək imkanına malikdir.
Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının Kalininqrad vilayətindən olan deputatı Andrey Kolesnik də açıqlama verib. O, Donahuenin fikirlərini sərt şəkildə tənqid etsə də, ABŞ-ın belə bir addım atmağa cəsarət etməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə