AYİB Azərbaycan qazını daşıyacaq kəmərin tikintisinə kredit ayıracaq
Yusif Nəzərli
07:28 20.02.2024
İqtisadiyyat
694
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimali Makedoniyanın “NOMAGAS” dövlət şirkətinə (lisenziyalı qaz nəqli sisteminin operatoru) regional qazlaşdırma layihəsinin həyata keçirilməsi məqsədi ilə 98,6 mln. avroya qədər dövlət zəmanəti ilə kreditin ayrılmasını nəzərdən keçirir.
“APA-Economics”in AYİB-ə istinadən verdiyi məlumata görə, kredit vəsaitləri Yunanıstan ilə 100% hidrogenin nəqlinə hazır olan təbii qaz birləşdirici boru kəmərinin (66 km; qarşılıqlı əlaqə) və Şimali Makedoniyada iki qaz kəmərinin (Qostivar – Kicevo - 34 km; 1-ci hissə, Sveti Nikole – Veles - 28 km; 2-ci hissə) tikintisinə istifadə olunacaq.
“İnvestisiya qazın Şimali Makedoniyaya tədarük edilməsinə imkan verəcək. Bu, 2030-cu ilə qədər mövcud kömürlə işləyən istilik elektrik stansiyalarını (İES) istismardan çıxarmaqla kömürdən bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək”, - məlumatda qeyd olunur.
Məlumata görə, layihə həmçinin 100% hidrogen daşımalarına hazırdır və aşağı karbonlu məhlulların son istifadə bazarlarına çıxmasına mane olmur.
Qeyd olunur ki, layihə Trans-Adriatik Boru Kəməri (Azərbaycan qazının Avropaya nəql edən TAP kəməri – red.) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə Şimali Makedoniyaya qaz tədarükünün şaxələndirilməsinə töhfə verəcək, həmçinin qonşu Serbiyaya qaz təchizatı imkanları yaradacaq.
Bildirilir ki, layihənin ümumi dəyəri 140,19 mln. avrodur, AYİB-ın isə nəzərdə tutduğu kreditin həcmi 98,59 mln. avro təşkil edir. Kreditin 24 aprel 2024-cü il tarixində təsdiq olunması nəzərdə tutulur.
Qeyd edək ki, Şimali Makedoniya Azərbaycan qazının idxalında maraqlı olan ölkələr sırasındadır.
Xatırladaq ki, Azərbaycan qazı TAP kəməri vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi