Bədbin proqnoz! – “Dünyada ərzaq bahalaşması müşahidə edilir”
Fidan Həmişəyeva
09:34 12.11.2020
İqtisadiyyat
1037
“Təbii ki, bunun da səbəbi pandemiya, dünya üzrə logistika sahəsinin çətinləşməsi, yol xərclərinin artmasıdır”
“Evdə qal” çağırışları və digər karantin tədbirləri bütün dünyada tətbiq olundu və ən azı 4 milyard insanı əhatə etdi”
“İndi isə dünyanın bir çox yerlərində karantin tədbirləri yenidən sərtləşdirilir. Təbii ki, bu da ərzaq istehlakını artıran səbəblərdən biri oldu”
2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məhsulların cari qiyməti ötən aya nisbətən 0,3 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 4,4 faiz bahalaşıb.
2020-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin qiymətində olub. Eyni zamanda xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun qiyməti də yüksəlib. Bundan başqa bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun da qiyməti artıb.
Ucuzlaşma əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Məhsulların bahalaşma səbəbləri barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda hər zaman qiymət artımının xroniki və obyektiv səbəbləri olub. İqtisadçının sözlərinə görə, bahalaşamanın obyektiv səbəblərindən biri odur ki, dünyada ərzaq indeksi 1 il ərzində 8-10 faiz arası bahalaşıb. Yəni dünyada ərzaq bahalaşması müşahidə edilir:
“Təbii ki, bunun da səbəbi pandemiya, dünya üzrə logistika sahəsinin çətinləşməsi, yol xərclərinin artmasıdır. “Evdə qal” çağırışları və digər karantin tədbirləri bütün dünyada tətbiq olundu və ən azı 4 milyard insanı əhatə etdi. İndi isə dünyanın bir çox yerlərində karantin tədbirləri yenidən sərtləşdirilir. Təbii ki, bu da ərzaq istehlakını artıran səbəblərdən biri oldu. Ona görə də ərzaq məhsulların dünya üzrə obyektiv bahalaşmasının Azərbaycana da təsirləri var”.
N.Cəfərli vurğulayıb ki, ölkəmizdə ərzaq məhsullarının bahalaşmasında xroniki səbəblər də rol oynayır:
“Xroniki səbəblər illərdir ki, davam edir. Adətən noyabr ayından başlayaraq mart-aprel ayının əvvəllərinə qədər ərzaq məhsullarında qiymət artımını görürük. Bu, yerli məhsulların bazardan çəkilməsi və əvəzinə idxal məhsullarının çoxalması ilə əlaqədardır. Eyni zamanda yeni il qabağı tələbatın daha çox artması da qiymət artımına səbəb olur”.
İqtisadçının qənaətincə, qiymət artımının qarşısını iqtisadi alətlərlə almaq daha doğrudur:
“Bəzi çağırışlar olur ki, dövlət ərzaq məhsullarının qiymətini tənzimləsin. Bu, yanlış yoldur. Fikrimcə, iqtisadi oyunçuların sayının artması, rəqabətli mühitin gücləndirilməsi, xarici ticarət əlaqələrində olan şirkətlərin və fiziki-hüquqi şəxslərin sayının artması üçün maneələrin aradan qaldırılması vacibdir. Bütün bunlar iqtisadi alətlər vasitəsilə qiymətlərin tənzimlənməsində vacib rol oynaya biləcək amillərə çevrilə bilər. Ona görə də Azərbaycanda qiymət artımına səbəb olan və illərdir davam edən xroniki problemləri həll etmək üçün şərait var”.
Ekspertin sözlərinə görə, qiymət artımında obyektiv səbəblər hər zaman olacaq:
“Azərbaycan dünyada gedən proseslərdən kənarda qalmayacaq. Çox güman ki, ərzaq məhsullarının indeksi dünya birjalarında yüksələcək. Bununla bağlı dünyada bir trend var. Ona görə də bahalaşmanın Azərbaycana da təsirləri olacaq. Lakin ölkəmizdə ərzaq məhsullarının baha olması əsasən subyektiv problemlərlə bağlıdır. Bu problemləri də aradan qaldırmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət