Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatlarını dayandırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qərarın İrandan həyata keçirildiyi bildirilən raket hücumu və regionda artan gərginlik fonunda qəbul edildiyi qeyd olunub.
“Beynəlxalq təhlükəsizliyə və regionda sülhə xələl gətirən regional eskalasiya fonunda İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılacaq”, - nazirliyin açıqlamasında bildirilib.
Bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İran ərazisindən buraxılan iki ballistik raketi qeydə aldığını açıqlamışdı.
Məlumata görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara, digəri isə ölkənin ərazi sularına düşüb. Nazirlik raket hücumunun dəniz gəmiçiliyinə qarşı yönəldiyini bildirib.