Brent markalı neftin qiyməti 80 dolları ötüb

Brent markalı neftin bir barelinin qiyməti 80 ABŞ dollarını keçib.

APA xəbər verir ki, bu barədə birja ticarətinin məlumatlarında qeyd olunub.

Məlumata görə, qiymət artımı ABŞ-ın İrana qarşı dəniz blokadasını bərpa etməsi ilə bağlı xəbərlər fonunda baş verib.

WTI markalı neftin avqust fyuçersləri isə 5,3 faiz bahalaşaraq 75,2 dollara çatıb.