Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında iyunun 12-dən sonra ilk dəfə bir barel üçün 88 ABŞ dollarını keçib.
Teleqraf xəbər verir ki, bu barədə Londonun ICE birjasındakı hərracların məlumatında bildirilib.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:31-ə olan göstəriciyə görə, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 4,52 faiz artaraq bir barel üçün 88,04 ABŞ dollarına yüksəlib.
Lakin saat 21:36-da qiymət artım tempi bir qədər zəifləyib və Brent markalı neft bir barel üçün 87,74 ABŞ dolları səviyyəsində ticarət olunub. Bu isə əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım deməkdir.