Bu il büdcə gəlirlərinin təsdiq olunmuş proqnozdan 836 mln. manat çox olacağı gözlənilir
13:36 19.08.2025
İqtisadiyyat
414
2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur.
Sherg.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19243,0 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19949,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470,0 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366,0 milyon manat və ya 1,9 faiz artması gözlənilir.
Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 481,0 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680,0 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16320,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820,0 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4300,0 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12020 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcəkdir. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1800,0 milyon manatını
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2100,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual