Bu il də turizm ölkəmiz üçün itirilmiş bir il olacaq
23:28 24.06.2021
İqtisadiyyat
1913
Hələ də quru sərhədlərinin, keçid məntəqələrinin bağlı qalması problemlər yaradır
Azərbaycanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Turizmlə bağlı ölkənin inkişaf strategiyası ümumilikdə iqtisadiyyatının gücləndirilməsinə böyük töhfə verir. Pandemiyadan öncə turizm sahəsində, ilbəil ölkəyə gələn turistlərin sayında dinamika müşahidə edilir. Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2.4 milyon xarici qonaq gəlib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz çoxdur. Statistikaya görə, son vaxtlar 3 milyondan çox əcnəbi vətəndaşın Azərbaycana səfər etməsi nəticəsində turist axını 15 faiz artıb.
Xaricilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar xərcləyirlər ki, bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Bu göstərir ki, turizm sahəsində stabil və dinamik inkişaf var. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf olunub. Xüsusən, otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Lakin pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərdi. Artıq bir neçə aydır ki, Azərbaycanda yumşalmalar tətbiq olunub və bir çox iaşə obyektləri ilə yanaşı turizm sektorlarının fəaliyyətinə də icazə verilib. Bir məlumatı da qeyd edək ki, qonşu ölkə Gürcüstanda və Türkiyədə artıq daxili və xarici turizm inkişaf etməyə başlayıb. Bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? Bu il ölkəmizdə turizmlə bağlı inkişaf tempi gözlənilirmi?
Suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda hələki quru sərhədlərin açılmaması və keçid məntəqələrinin bağlı qalması turizmlə bağlı ciddi irəliləyişin olmasını əngəlləyən əsas faktorlardan biridir. Ekspert qeyd edib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin bağlı olması kifayət qədər problemlər yaradır:
"Azərbaycanda aviabiletlərin qiyməti çox bahadır. Həm bunu, həm də tələbatın da çox olduğunu nəzərə alaraq xarici turizmlə bağlı bu il də ötən il kimi ölkəmiz üçün itirilmiş bir il olaraq yadda qalacağını düşünürəm. Çünki tək hava nəqliyyatı vasitəsilə turizmin potensialını artırmaq çox çətindir".
N.Cəfərli əlavə edib ki, bu il Azərbaycanın daxili turizmində müəyyən canlanma ola bilər: "Çünki xaricə getməyə bir çox insanlar hələ də risk etmir. Həmçinin bir çox ölkələrdə hələ də kovid pasportu anlayışı var. Hesab edirəm ki, daxili turizmdə, əsasən iyul və avqust aylarında ciddi canlanma olsun və tələbat artsın. Bu da təəssüf ki, həmişə qiymətlərin yüksəlməsinə səbəb olub. Ancaq xarici turistlərin Azərbaycana gəlməsi və xarici turizm məsələsində kifayət qədər böyük itkilərin olacağını indidən söyləmək mümkündür. Əgər iyul ayının 1-dən heç olmasa Gürcüstan, Rusiya və Türkiyə ilə quru sərhədlər açılsa, o zaman müəyyən qədər xarici turizm canlanmasını yaşaya bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya