Əsassız pensiyaların ləğvi büdcədə yeyinti olduğunu göstərir
Yusif Nəzərli
10:00 12.11.2021
İqtisadiyyat
878
Bu prosesdə iştirak edən şəxslərin cəzalandırılması bütün istiqamətlərdə aparılmalıdır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ilin 10 ayı üzrə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib. Nazir həmçinin, 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini diqqətə çatdırıb.
Maraqlıdır, qənaət edilmiş bu məbləğ ilə hazırda ödənilən pensiyalara artım oluna bilərmi? Bu kimi qanundan kənar halların qarşısını necə almaq olar? Bu barədə iqtisadçı-ekspert Rəşad Həsənov “Şərq”ə danışıb. O bildirib ki, hələ 2016-cı ildə prezident “Pensiya sistemində islahatların aparılması”na dair sərəncam verib:
“Burda əsas hədəf olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri arasında optimallığın təmin edilməsi istiqamətində idi. Eyni zamanda strategiyalarda kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçid kimi bənzər yanaşma var. Burda əsas məsələ odur ki, düzgün olmayan təyinetmələrin qarşısını alıb qənaət edə biliblər. İndi həmin vəsaitlərin növbəti mərhələdə keyfiyyət dəyişikliyinə çevrilməsinə yönəldə bilərlər. Pensiya sisteminin təmin ediciliyinin artırılması, pensiya səviyyəsinin özünün yüksəldilməsi üçün bir avantajdır. 500 milyon manat bu gün ölkədə təxminən hər bir pensiyaçı üçün orta hesabla aylıq pensiya məbləğini 30 faiz artırmağa imkan yaradır. Bu o deməkdir ki, 1 milyon 205 min pensiyaçının hər birinin aylıq gəlir səviyyəsi on faiz artar. Belə hesabla hər bir pensiyaçıya 35 manat əlavə vəsait vermək olar”.
İqtisadçı qənaət edilmiş məbləğin bu şəkildə istifadə edilməsinin eyni zamanda bugünkü sürətli qiymət artımı prosesində əhalinin yoxsullaşmasının qarşısını ala biləcəyini vurğulayıb:
“Digər tərəfdən əsassız pensiyaların ləğvi büdcədə yeyinti olduğunu göstərir. Bu prosesdə iştirak edən şəxslərin cəzalandırılması bütün istiqamətlərdə aparılmalıdır. Çox təəssüf ki, biz bu günə qədər bu istiqamətdə qərar qəbuledicilərin deyil, daha çox hansısa formada prosesin icraedicilərinin cəzalandırıldığını görürük. Amma bilirik ki, bu proseslər xüsusi ilə də pensiyaların təyin edilməsi sahəsindəki proseslər iki böyük qurum arasında - Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı formasında təzahür edir. Və hər iki qurumun birinci təmsilçisindən sonuncuyadək hamısı bu işdə iştirak edirlər.
Korrupsiya hallarının böyük əksəriyyəti təəssüf ki, müvafiq məsələlərə görə cəzalandırılmayıb. Hətta sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsinin də belə məsələlərlə əlaqələndirilməsi rəsmi şəkildə olmayıb. Əvvəlcə burdan başlamaq lazımdır”. Ekspert cəzasızlıq prezumpsiyasına şərait yaradan bütün parametrlərin aradan qaldırılmasının vacibliyini əlavə edib: “Təkcə bu sahədə deyil, digər sahələrdə də. Heç kəs törətdiyi əmələ görə cəzasız qalacağını düşünməməlidir. Bundan sonra ictimai nəzarət mexanizmi gücləndirilməlidir.
Dövlət vəsaitləri üzərində xərcləməyə nəzarətin alternativ alətlərindən istifadə Hesablama Palatasının strukturunun genişləndirilməsi, müstəqilliyinin artırılması istiqamətində işlər aparılmalıdır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm