Ətin bahalaşmasının qarşısını almaq mümkün deyil
Yusif Nəzərli
09:30 04.03.2023
İqtisadiyyat
617
Kənd təsərrüfatı siyasətini yenidən gözdən keçirməliyik
Daxili istehsalımızı gücləndirməli, heyvandarlığa xüsusi önəm verməliyik
Kənd təsərrüfatı məhsullarının bahalığı baş alıb gedir, qiymətlər hər gün artır. Səbəb kimi isə ölkədə sağlam rəqabətin olmaması iddia olunur. Təsərrüfat sahələrinin bir neçə şəxsin əlində cəmləşdiyini iddia edən ekspertlərin fikrinə görə, monopolistlər kəndlinin, kiçik sahibkarın öz məhsulunu yetişdirib rahat bazara çıxartmasına imkan vermirlər. Kəndlinin torpağı kəndliyə xeyir gətirmir. Maldarlar örüş yeri tapa bilmirlər ki, heyvanlarını otarsınlar. Bu səbəbdən də ət məhsullarının qiyməti sıravi vətəndaşlar üçün əlçatmazdır.
Qeyd edək ki, son bir neçə gün ərzində həm mal, həm də qoyun ətinin qiyməti 2-3 manat bahalaşıb.
Belə ki, mal ətinin 1 kiloqramının qiyməti 12 AZN-dən 14,50 AZN-ə, qoyun əti isə 15-16 AZN-dən 17-18 AZN-ə kimi artıb. Bahalaşma marketlərdə daha çox özünü göstərir.
Satıcılar da “Xəzər Xəbər”ə qiymətlərin artmasını təsdiqləyiblər. Onlar bildirib ki, qış mövsümünün olmasına baxmayaraq, ətlik heyvanlar çətin tapılır. Həmçinin deyilib ki, bu cür davam edərsə, ətin bir kiloqramı 20 manat olacaq.
İqtisadçı-ekspert Asif İbrahimovun fikrincə, ətin bahalaşması yem məhsullarının qiymətinin artması ilə əlaqədardır. Eyni zamanda xarici amillər də ətin bahalaşmasında xüsusi rol oynayır. Müharibədən əvvəl Ukrayna və Rusiyadan Azərbaycanda xeyli sayda mal-qara və toyuq məhsulları idxal olunurdu. Həmin məhsullar satışa çıxarıldıqda qiymətlərdə rəqabət yarandığı üçün nisbətən yerli məhsullarla xaricdən gətirilən ət arasında müəyyən balans yaranırdı.
O cümlədən də yemlər daha çox Qazaxıstan, Ukrayna və Rusiyadan gətirilirdi. Mübahirə səbəbindən idxalla bağlı zaman-zaman problemlər yarandığı üçün bazarda rəqabət azalıb. Bu səbəbdən ətin bahalaşması təəccüblü deyil".
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə “Şərq”ə açıqlamasında deyib ki, ölkədə ətin bahalaşmasının əsas səbəblərindən biri mal-qaraya verilən yemlə bağlıdır: “Heyvandarlıqda istifadə edilən yemin qiyməti dünyada çox yüksəkdir və artmaqda da davam edir. Xüsusən də heyvanların kökəlməsində istifadə edilən gündəlik yemin, arpanın, buğdanın qiyməti bir neçə dəfə artıb. Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli tələbat hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu isə ətin maya dəyərinin artmasına səbəb olub”.
Ekspertin sözlərinə görə, kəskin bahalaşmanın qarşısını almaq üçün Azərbaycan ətə və digər kənd təsərrüfatı məhsullarına ola tələbatı kənar faktorlardan asılı etməməli, daxili istehsalımızı gücləndirməli, heyvandarlığa xüsusi önəm verməlidir: “Əkinə yararlı torpaqlarımız sürətlə şoranlaşır. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi həyata keçirilməlidir. Ən başlıcası isə kənd təsərrüfatı siyasətini yenidən gözdən keçirməliyik.
Çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycan MDB məkanında ət istehsalı üzrə yüksək yerlərdə deyil. Hətta deyərdim ki, ölkədə ət istehsalı digər MDB ölkələri ilə müqayisədə azdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya