İlk konteyner qatarı Hindistana yön alıb
22:20 24.06.2021
İqtisadiyyat
635
"Şimal-Cənub" dəhlizinin reallaşması Beynəlxalq yükdaşımanın həcminin artmasına imkan verəcək
“Ötən gün “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istifadəyə verilib. Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınıb. Dəhlizlə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
Deputat qeyd edib ki, 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi yaradılıb: “2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan dəhlizin reallaşmasına aktiv şəkildə dəstək olub. Şüveyş kanalında baş verən son qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib. Nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.
V.Bayramov hesab edir ki, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir:
“Xüsusən Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya