
İqlim dəyişikliyi ən çox kənd təsərrüfatına təsir edəcək
Yusif Nəzərli
09:46 11.11.2021
İqtisadiyyat
852
"Əvvəlki kimi təbii qida əldə etmək demək olar ki, mümkün olmayacaq"
"İqlim dəyişikliyi kənd təsərrüfatına da ciddi təsir edir və bir sıra problemlər yaradır. 2050-ci ildə dünya əhalisi 10 milyarda çatacaq və o mərhələdə daha fərqli problemlər meydana gələcək". Bunu VIII Qlobal Bakı Forumunda "Qida və Qida Təhlükəsizliyinin Təşviqi" mövzusunda paneldə çıxış edən Beynəlxalq Quru Torpaqların İnkişafı Komissiyasının sədri, Misirin keçmiş Kənd Təsərrüfatı və Meliorasiyası naziri Adel El Beltagi deyib. Onun sözlərinə görə, naviqasiya sistemi təşkil edilməlidir ki, başqa regionlarda olan iqlim dəyişikliyi problemlərini görə və həll yolları tapa bilək:
"Bütün bu problemlər qida təhlükəsizliyində də çətinliklər yaradır. Nəinki qida təhlükəsizliyi, hətta qida istehsalçıları belə bir sıra problemlərlə üzləşə bilər".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, gələcəkdə axtarılan və tələbatlı ixtisaslardan biri aqronomluq olacaq. Ekspert qeyd edib ki, iqlim dəyişikliyi zamanı kənd təsərrüfatında əkinlə məşğul olmaq üçün xüsusi bilik lazım olacaq:
"Bunun üçün kənd təsərrüfatı ilə məşğul olan kəndli müəyyən biliklərə sahib olmalıdır. İqlim dəyişikliyi əkin sahələrinə, taxılçılıq, pambıqçılıq və sair sahələrə ciddi təsir edəcək. İstisna deyil ki, gələcəkdə müəyyən xəstəliklər də artmaqda davam edəcək. Əvvəlki kimi təbii qida əldə etmək demək olar ki, mümkün olmayacaq. İndinin özündə belə adi göyərti, keşniş dərmansız və xüsusi qulluqsuz yetişmir. Yeni gələn toxumlar kimyəvi proseslərdən keçir. Nəticədə toxumun yetişməsi üçün xüsusi qulluq lazım olur. Bazar iqtisadiyyatı elədir ki, bütün sahələrdə inkişaf var, yəni hər sahədə işləyən şirkətlər, laboratoriyalar var ki, onlar gəlir əldə etmək istəyirlər. Hesab edirəm ki, 2050-ci ilə kimi digər dünyalar kəşf oluna bilər. Əhalinin artımı da xüsusi robot texnologiyası ilə tənzimlənə bilər. Hazırda virusların artmasının bir məqsədi də insan artımının qarşısını almaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm