
İqtisadçı: Bu unun qiymətində müəyyən artırılmanı labud edir
12:39 04.02.2025
İqtisadiyyat
439
Un istehsalçılarının topdansatış qiymətləri məlum olub. Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 27,20 - 28,20 manat arasında dəyişir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti xəbər verir ki, bazara təqdim olunan ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı un 26 manatdır.
"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,15 manat, "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,05 manat təşkil edir.
"ATS MİLL" MMC əgər yanvar ayının əvvəlində 50 kq-lıq un kisəsini 27,10 manatdan satırdısa, fevralın 3-ü tarixinə bu rəqəm 27,20 manatdır.
Məsələ ilə bağlı "Sherg.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ötən il 10 faizə qədər dənli bitkilərdə ucuzlaşma müşahidə olunsa da, Azərbaycanda daxili faktorlar unun qiymətinə təsir göstərir:

“Bu faktorlardan birincisi, ötən il ortalama əmək bazarında 8 faizə qədər əmək haqqlarının artmasıdır. Təbii ki, un istehsalçıları, dəyirmanlar da bu artımı öz işçilərinin maaşında əks etdirmək məcburiyyətində qalıb. 2025-ci ilin yanvar 1 dən isə minimum əmək haqqında artım həyata keçirildi. Yanvarın 1 dən etibarən un istehsalçıları da öz işçilərinin əmək haqqına baxmalı oldular. Burada həmçinin əlavə vergi xərcləri də ortaya çıxır. Digər məqam isə ötən ilin ikinci yarısından enerji daşıyıcılarının qiymətinin artırılması ilə əlaqəlidir. Aİ92 markalı benzin 10 faiz, yükdaşımalarda istifadə edilən dizel isə 25 faiz bahalaşdı. Təbii ki, bu da un qiymətlərinə təsir edir. Bundan başqa cari ilin əvvəlindən həm qazın, həm də işığın qiymətinin artması da un istehsalçılarının xərcini artırıb. Digər tərəfdən son bir neçə ildə ölkədə infliyasiya səviyyəsi aşağı düşsə də ifliyasiya müşahidə olunur. Ötən il 5 faizə qədər infliyasiya müşahidə olunub. Nəticə etibarı ilə bu da unun qiymətində müəyyən artırılmanı labud edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm