İqtisadiyyat naziri: “Bölgədə yeni imkanlar yaranıb”
Yusif Nəzərli
08:55 15.11.2021
İqtisadiyyat
710
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmiz üçün yeni mərhələnin başlanğıcıdır”.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
“Bir il əvvəl Qarabağ savaşı oldu, lakin artıq sürətlə infrastruktur layihələri həyata keçirilir. Qazanılmış zəfər nəticəsində bölgədə yeni reallıqlar, yeni imkanlar yaranıb. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik, təhlükəsizlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Bu ərazilər bölgənin iqtisadi imkanlarının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq”, - deyə o qeyd edib.
Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm