Neftin qiyməti dünya bazarında ucuzlaşıb
Yusif Nəzərli
20:00 11.11.2021
İqtisadiyyat
401
OPEC-in 2021-ci il üçün neft xammalına görə tələblə bağlı proqnozu aşağı salmasından sonra dünya bazarlarında neft ucuzlaşıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,76% ucuzlaşaraq, 1 bareli 82,24 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69% aşağı düşərək, 1 bareli 81,03 ABŞ dolları təşkil edib.
Dünən OPEC aylıq proqnozunu dərc edib. Sənəddə 2021-ci il üçün dünyada neft tələbi proqnozu gündəlik 5,8 milyon barel deyil, 5,7 milyon barel olaraq göstərilib. 2022-ci il üçün gündəlik 4,2 milyon barel artım proqnozu olduğu kimi saxlanılıb.
ABŞ dollarının möhkəmlənməsi də neftin qiymətinə mənfi təsir göstərir. Belə ki, həftə ərzində ABŞ dollarının məzənnəsi digər valyutalara nisbətdə 1%-dək artıb. Bu isə digər valyutalarda satınalmalar zamanı xammalı, o cümlədən nefti daha az əlçatan edir.
Bundan başqa, ABŞ-ın “Baker Hughes” şirkətinin açıqladığı aylıq statistikada bu həftə ABŞ-da aktiv neft buruqlarının sayının 6 ədəd azalaraq, 450-yə düşməsi göstərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm