"Orta Dəhliz Asiya və Avropa, Şərq və Qərb arasında fasiləsiz ticarəti təmin edə bilər"
Yusif Nəzərli
08:13 15.03.2023
İqtisadiyyat
737
Hazırda Asiya və Avropa, Şərq və Qərb arasında ticarətin arasıkəsilməz qaydada həyata keçirilməsinə böyük bir ehtiyac var.
"Report" xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.
K.Mikuriyanın sözlərinə görə, bu ehtiyacı qarşılayacaq vasitə Orta Dəhlizdir (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu):
"Çünki Orta Dəhliz Asiyanı Avropa ilə bir-birinə bağlayır. Həm də məqsəd odur ki, ticarət arasıkəsilməz qaydada işləsin və böyük səmərə versin. Məhz ona görə də bu dəhlizin beynəlxalq ticarət nöqteyi nəzərindən əhəmiyyəti böyükdür.
Bu dəhliz bilavasitə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Onların iqtisadi inkişaf və rifaha yetişməsi bu bölgələrə investisiya qoyuluşu baxımından dəhlizin böyük əhəmiyyəti var. Beynəlxalq işgüzar dairələr, o cümlədən investisiya qoyuluşu üzrə beynəlxalq dairələr bu cür regionların axtarışındadır".
ÜGT-nin Baş katibi bildirib ki, dəhlizin ərazisindən keçdiyi ölkələr, o cümlədən Azərbaycan gömrük prosedurlarını sadələşdirməlidir.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm