
Özəl pensiya fondunun yaradılmasına təminat yoxdur
Yusif Nəzərli
11:20 18.11.2021
İqtisadiyyat
579
Bunun üçün çox iş görülməlidir və bu, ardıcıl olmalıdır
Artıq vaxtıdır ki, Azərbaycanda da özəl pensiya fondları yaradılsın. Dünyada özəl pensiya fondları var, amma bizdə yoxdur. Bunu Milli Məclisin dünən keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb və bunu qəbul etmir. Əgər dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır".
Qeyd edək ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5 faiz çoxdur. Fondun gəlirlərinin 78,2 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6 faizi isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcək.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda özəl DSMF-lərin yaradılmasına təminat yoxdur. Ekspert qeyd edib ki, əgər təminat yoxdursa, demək, bunun ölkədə reallaşması müşkül məsələdir:
“Bir çox ölkələrdə özəl pensiya fondları var. Amma Azərbaycanda Pensiya Fondu dövlət tərəfindən tənzimləndiyi üçün onun inflyasiya dözümlüyü var. Vahid müəllim bunu deyir, amma bunun üçün müvafiq ardıcıl iş aparılmalıdır. Ölkədə dəfələrlə bu məsələ qeyd olunur, lakin onun təminat dayağı yoxdur. Bəlkə də gələcəkdə özəl sistemin inkişafı ölkədə mümkün oldu. Amma bunun üçün çox iş görülməlidir və bu, ardıcıl olmalıdır. Bizdə hələ ki adi idarəetmə institutları gözə dəymir. Adi bir məsələ kabinetlərdə həll olunur.
Halbuki, bura alimlər cəlb olunmalı, sahibkarların rəyi bilinməli və əhali arasında real sorğu aparılmalıdır.
Qaldı ki, DSMF-də pulun qalmasına, bu ondan xəbər verir ki, proqnozu orada olan mütəxəssislər düzgün verməyiblər. İş prinsipi idarəetmə sistemində müştərək aparılmır. Bir dövlət orqanı digər əlaqəli orqanın nəticələrini nəzərə almır. Statistikanın verdiyi rəqəmlər də reallığı əks etdirmir.
Vahid müəllimin dediyi də budur ki, əgər bunun öhdəsindən Dövlət Sosial Müdafiə Fondu gəlmirsə, rəqabət mühiti üçün özəl fondlar yaradılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya