Pensiya yaşı azaldılsın, təqaüdlər isə artırılsın
Yusif Nəzərli
14:59 17.11.2021
İqtisadiyyat
945
Azərbaycanda kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay hesab edilir. Dünyada ən yüksək pensiya yaşı Liviyada qeydə alınıb. Bu ölkədə pensiyaya çıxmaq üçün 70 yaşın tamam olması lazımdır. Ən aşağı pensiya yaşı isə Şri-Lanka 55, İndoneziya 58 , Nepal 58 , Banqladeş 59 və Kamerunda 60 yaş qeydə alınıb. Pensiya yaşına görə Azərbaycan region ölkələri arasında son sıralarda qərarlaşıb. Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərinə nəzər salsaq , bir il ərzində ölkəmizdə 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir.
Elə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində pensiya yaşı ilə əlaqədar narazılıqlardan söz açıb.
O, bildirib ki, Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır:
“Vətən müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş şəxslərə - qazilərə hələ də müavinət təyin edilməyib. Bundan başqa, Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı inkişaf etmiş ölkələrlə eyni səviyyədədir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır".
Deputatın sözlərinə görə, Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır:
"İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir".
Təqaüd yaşının azaldılması ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dünyada təqaüd yaşı demoqrafik proseslər və iqtisadiyyatın işçiyə olan tələbatı ilə müəyyənləşdirilir. Ekspert hesab edir ki, inkişaf etmiş ölkələrdə təqaüd yaşı Azərbaycana nisbətən yüksəkdir, eyni zamanda demoqrafik problemlər var:
"Doğuş sayının az olması işçi sayına mənfi təsir göstərən amilə çevrilir. Nəticə etibarilə, işçi problemlərinin həllinə çalışılır. Bu da ciddi etirazlara səbəb olur. Təqaüd yaşının artırılması əhali tərəfindən o qədər də yaxşı qarşılanmır.
Bizdə isə belə demoqrafik basqı yoxdur. Əksinə gənc kadrların işsizliyə ilə bağlı problemlər önə çıxır.
Ona görə də təqaüd yaşının artırılmasına ehtiyac yoxdur. Sadəcə dünyada gedən trendə uyğun addım atıldı. İndi isə vacib olmadığı aydın olur.
Bu səbəbdən ölkəmizdə təqaüd yaşının əvvəlki qaydada, yəni qadınlar üçün 60 yaş, kişilər üçün 63 yaş müəyyən edilməsi daha doğru olar.
Bu addım gənc kadrların işlə təmin olunmasında mühüm rol oynaya bilər. Eyni zaman da vətəndaşın təqaüdə çıxdıqdan sonra özünə, ailəsinə, nəvələrinə zaman xərcləyər.
Lakin təqaüd məbləğlərinin qaldırılması ilə paralel iş aparılmalıdır. Vətəndaşın aldığı təqaüd onun təminatına bəs edəcək səviyyədə olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya